​Cahangir Hacıyevin apellyasiya şikayəti üzrə məhkəmə qərarı elan olunub

​Cahangir Hacıyevin apellyasiya şikayəti üzrə məhkəmə qərarı elan olunub Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb
Hadisə
10 Dekabr , 2015 16:02
​Cahangir Hacıyevin apellyasiya şikayəti üzrə məhkəmə qərarı elan olunub

Bakı. 10 dekabr. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev barəsində həbs qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından apellyasiya şikayətinə baxılıb.

Bu barədə "Report"a C.Hacıyevin vəkili Aqil Layicov məlumat verib.

O bildirib ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən iclasda apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, C.Hacıyev dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 179.1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi