Bakı. 22 fevral. REPORT.AZ/ Bakının Xəzər rayonu ərazisində dənizdə 2 nəfər balıqçı köməksiz vəziyyətdə qalıb.
"Report" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə “Buzovna” sularda xilasetmə məntəqəsindən 3 km aralıda, nəzarətsiz ərazidə qeydə alınıb.
FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları xilas ediblər və qayığı sahilə çıxarıblar. Əməliyyat saat 21:20-də başa çatıb.