​Bulvarda gənc oğlan özünü dənizə atıb

​Bulvarda gənc oğlan özünü dənizə atıb 25-30 yaşlı gənc xilas edilib
Hadisə
7 Noyabr , 2015 21:00
​Bulvarda gənc oğlan özünü dənizə atıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Dənizkənarı Milli Parkda 25-30 yaşlı şəxs intihara cəhd edib.

Dənizkənarı Bulvar İdarəsindən “Report”a verilən məlumata görə, gənc oğlan dənizə düşdükdən sonra idarənin xilasediciləri onu çıxardaraq aidiyyəti üzrə təhvil veriblər.

Xilas edilən şəxs intihar etmək niyyətində olmadığını, ayağı sürüşərək suya yıxıldığını bildirsə də, xilasedicilər hadisənin qəsdən törədilməsinin şahidi olduqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi