Bu ilin aprelində iki evdən oğurluq edən şəxs tutulub

Bu ilin aprelində iki evdən oğurluq edən şəxs tutulub Hadisəni törədən şəxs əvvəllər də məhkum olunub
Hadisə
1 Avqust , 2015 14:30
Bu ilin aprelində iki evdən oğurluq edən şəxs tutulub

Bakı. 1 avqust. REPORT.AZ/ Aprel ayında iki evdən qızıl və məişət əşyaları oğurlayan şəxs tutulub. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 30-da Cavanşir Həsənova və aprelin 26-da Zaur Həsənova məxsus evlərdən qızıl və məişət əşyaları oğurlayan Salyan rayon sakini, əvvəllər məhkum olunan Çingiz Dadaşov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi