Bu il Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 47 xarici vətəndaş tutulub

Bu il Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 47 xarici vətəndaş tutulub Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 45 kq 455 qr müxtəlif növ narkotik vasitələr müsadirə olunub
Hadisə
17 Oktyabr , 2014 16:36
Bu il Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 47 xarici vətəndaş tutulub
Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu ilin 9 ayı ərzində ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Azərbaycanın Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ümumiləşdirilib. Bu barədə “Report”a Dövlət Komissiyasından bildirilib.

Cari ilin ötən dövrü ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2680 fakt aşkar edilib ki, onlardan 732 satış, 1742 saxlama, 194 əkin, 12 digərləri təşkil edib. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 45 kq 455 qr müxtəlif növ narkotik vasitələr müsadirə olunub.

Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 113 kq 846,49 qr həşiş (11%), 280 kq 055,702 qr heroin (27%), 210 kq 081,15 qr tiryək (20%), 414 kq 625,787 qr marixuana (40%), 24 kq 958,97 qr digərləri (3%), 2 kq 016,654 qr psixotrop maddə 0,1 qr prekusor və 20 qr amfetamin təşkil edib.

Həmçinin “Xaş-Xaş” 2014 şərti adı altında həyata keçirilən tədbirlər nəticəsində qəsdən əkilib becərilən və yabanı halda bitmiş 212 ton 489 kq 059 qr narkotik tərkibli bitkilər yaşıl kütlə halında aşkar olunaraq məhv olunub.

Cinayət məsuliyyətinə cəlb edilən 1878 nəfərdən 47 nəfəri xarici ölkə vətəndaşları olub. Onlardan 276 kq artıq müxtəlif növ narkotik vasitələr götürülüb. Əcnəbilərdən 21-i İran İslam, 16-sı Gürcüstan, 7-i Rusiya Federasiyası, 2-i Türkiyə, 1-i isə Litva Respublikasının vətəndaşı olub.

Son xəbərlər

Orphus sistemi