BŞBPİ ötən gecə baş verən qəzalarla bağlı məlumat yayıb

BŞBPİ ötən gecə baş verən qəzalarla bağlı məlumat yayıb Hər iki faktla bağlı araşdırma aparılır
Hadisə
25 Dekabr , 2014 11:45
BŞBPİ ötən gecə baş verən qəzalarla bağlı məlumat yayıb

Bakı. 25 dekabr. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gecə baş verən qəzalarla bağlı, rəsmi məlumat yayıb. BŞBPİ-nin mətbuat xidmətindən "Report"a bildirilib ki, dekabrın 24-də saat 21:00 radələrində, Buzovna-Pirşağı yolunda Pirşağı qəsəbə ərazisində Qəbələ rayon sakini 1984-cü il təvəllüdlü Elnur Kərimovun idarə etdiyi “Şevrolet” markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Ağasəlim Yusifovun idarə etdiyi “Zil” markalı avtomobilin arxa hissəsindən vurub. Avtoqəza nəticəsində E.Kərimov aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsində araşdırma aparılır.

Hövsan-Türkan yolunda Hövsan qəsəbə ərazisində Bakı şəhər sakinləri, 1977-ci il təvəllüdlü Baba Mirzəyevin idarə etdiyi “Hova” markalı və 1989-cu il təvəllüdlü Fərhad Tağıyevin idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. Avtoqəzada F.Tağıyev ölüb, sərnişini 1955-ci il təvəllüdlü Tofiq Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilərək ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.

Araşdırmalar davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi