BŞBPİ Bakıda silsilə oğurluqlar edən şəxslər barədə məlumat yayıb

BŞBPİ Bakıda silsilə oğurluqlar edən şəxslər barədə məlumat yayıb Qeyd olunan faktlarla bağlı cinayət işi başlanılıb, istintaq aparılır
Hadisə
8 Dekabr , 2014 13:11
BŞBPİ Bakıda silsilə oğurluqlar edən şəxslər barədə məlumat yayıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Bakı Şəhər baş Polis İdarəsi (BŞBPİ) Bakıda silsilə oğurluqlar edən şəxslər barədə məlumat yayıb. Bu barədə "Report"a BŞBPİ-nin mətbuat xidmətindən məlumat verilib. Nizami Rayon Polis İdarəsi (RPİ) 25-ci Polis Bölməsi, Sabunçu RPİ Cinayət Axtarış Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Ruslan Səlimliyə, Teymur İsmayılova məxsus mənzillərdən televizor və Hüseyn İsgəndərliyə məxsus internet klubundan televizor və oyun-əyləncə avadanlıqlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Belə ki, əməliyyat zamanı Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Tahir İbadov tutulub. Şübhəli şəxs ətrafında keçirilən ilkin əməliyyat-istintaq tədbirləri ilə müəyyən olunub ki, o həmyerlisi 1993-cü il təvəllüdlü İbrahim Qasımovla birlikdə noyabrın 2-də Ə.Hacıyev küçəsində Vasif Əliyevin mənzilindən, pəncərəni sındırmaqla televizor oğurlayıb. Keçirilən əməliyyat tədbirləri ilə İ.Qasımov da tutulub.

 Qeyd olunan faktlarla  bağlı cinayət işi başlanılıb, istintaq aparılır. 

Son xəbərlər

Orphus sistemi