​Bölgədə partlayış nəticəsində ölənlərin sayı 3-ə çatıb

​Bölgədə partlayış nəticəsində ölənlərin sayı 3-ə çatıb Hadisə qeyri-standart qaz sobasının partlaması nəticəsində baş verib
Hadisə
19 Dekabr , 2015 00:36
​Bölgədə partlayış nəticəsində ölənlərin sayı 3-ə çatıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Bir neçə gün əvvəl Bərdədə qaz balonunun partlaması nəticəsində xəsarət alan 5 nəfərdən biri dünyasını dəyişib.

"Report" xəbər verir ki, hadisə zamanı ağır bədən xəsarətləri alan ev sahibi Əli Məmmədov Bakıdakı xəstəxanalardan birinə gətirilsə də, oun həyatını xilas etmək mümkün olmayıb.

Rayonun Uğurbəyli kəndində qeydə alınan hadisə qeyri-standart qaz sobasının partlaması nəticəsində baş verib. Partlayış evin yanmasına səbəb olub. Yanğın nəticəsində Fidan Məmmədova və onun bir yaşlı qızı Səba Məmmədova həyatını itirib. Hadisə nəticəsində Fəxriyyə Ənvər qızı, Vüsal Əli oğlu, Eldar Əli oğlu, Səma Vüsal qızı Məmmədovalar xəsarət alıblar.

Son xəbərlər

Orphus sistemi