Bir neçə cinayətə görə tutulan şəxsin evlərdən oğurluq da etdiyi üzə çıxıb

Bir neçə cinayətə görə tutulan şəxsin evlərdən oğurluq da etdiyi üzə çıxıb Faktla bağlı araşdırma aparılır
Hadisə
21 Avqust , 2015 13:26
Bir neçə cinayətə görə tutulan şəxsin evlərdən oğurluq da etdiyi üzə çıxıb

Bakı. 21 avqust. REPORT.AZ/ Bir neçə növ cinayət əməllərinə görə tutulan şəxsin evlərdən oğurluq etməsi də müəyyən edilib.

"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Avqustun 19-da narkotik vasitə, saxta pul hazırladığına və quldurluq etdiyinə görə tutulan Bəxtiyar Məmmədovun ətrafında Baş Cinayət-Axtarış İdarəsi və Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının apardığı əməliyyat tədbirləri ilə onun Hicran Namazova, habelə bu ilin iyun-iyul aylarında şəhər sakinləri Firdovsi Əliyevə, İlqar Səfərova, Qabil Bayramova və Dürdanə Zalovaya məxsus evlərdən pul, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi