Bir həftə əvvəl Mingəçevirdə su kanalında batan iki qardaşdan birinin meyiti tapılıb

Bir həftə əvvəl Mingəçevirdə su kanalında batan iki qardaşdan birinin meyiti tapılıb Digər qardaşın axtarışları davam edir
Hadisə
18 Noyabr , 2014 11:43
Bir həftə əvvəl Mingəçevirdə su kanalında batan iki qardaşdan birinin meyiti tapılıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Bir həftə əvvəl Azərbaycanın Mingəçevir şəhərində kanalda batan iki qardaşdan birinin meyiti tapılıb. "Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Mingəçevir şəhəri, Yuxarı Qarabağ kanalı ərazisində batan, 2001-ci il təvəllüdlü Əvəzzadə Ömər Hikmət oğlunun meyiti xilasedicilər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat bu gün saat 10:00-da başa çatıb. Suda batan digər qardaş 11 yaşlı Ülvi Əvəzzadənin meyitinin tapılması istiqamətində axtarışlar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi