Araşdırmalar davam etdirilir.
Binəqədidə mağazalardan oğurluq edən şəxslər saxlanılıb
Hadisə
3 Oktyabr , 2014
12:49
https://static.report.az/photo/e6be1752-f7ff-4a8a-b7d7-34b89421557a.jpg
Bakı. 3 oktyabr. REPORT.AZ/ Bakının Binəqədi rayonunda mağazalardan oğurluq edən şəxslər saxlanılıb. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib. Belə ki, naməlum şəxslər Bakı şəhər sakini Eldəniz Əzizovun işlədiyi mağazada onun başını qataraq 1 ədəd DVD pleyr, 1 ədəd noutbuk və iki ədəd telefon üzlüyünü oğurlayıb. Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən Yevlax rayon sakinləri Kamran Bəkirov, Pərvanə Nadirova və Mirazik Dərviş yaxalanıblar.