Binəqədidəki silahlı insidentin səbəbi: qadın 35 min manat borca görə killer tutub

Binəqədidəki silahlı insidentin səbəbi: qadın 35 min manat borca görə killer tutub Faktla əlaqədar cinayət işi başlanıb, istintaq aparılır
Hadisə
13 Aprel , 2016 10:20
Binəqədidəki silahlı insidentin səbəbi: qadın 35 min manat borca görə killer tutub

Bakı. 13 aprel. REPORT.AZ/ Bakıda baş verən silahlı insidentlə bağlı iki nəfər tutulub. “Report”un xəbərinə görə, bunlar Günel Süleymanova və Ramil Hüseynlidir.

Zərərçəkən - Bərdə rayon sakini Hüseyn Qasımov hüquq-mühafizə orqanlarının əməkdaşlarına bildirib ki, G.Süleymanovanın ona 35 min manat borcu olub, məhz bu səbəbdən də R.Hüseynliyə onu öldürməyi sifariş verib.

Xatırladaq ki, aprelin 11-də Binəqədi rayonunun Cavadxan küçəsində, 2 nəfər həmin ərazidə kirayədə yaşayan Bərdə rayon sakini Hüseyn Qasımovun istiqamətində avtomat silahdan bir neçə dəfə atəş açıb. Nəticədə daban nahiyəsindən güllə yarası almış H.Qasımova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 7-ci Polis Bölməsi əməkdaşaları tərəfindən hadisə yerindən 10 ədəd 7,62 çaplı giliz götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi