Binəqədidə hündürmərtəbəli binada yanğın baş verib

Binəqədidə hündürmərtəbəli binada yanğın baş verib Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir
Hadisə
5 Noyabr , 2014 12:45
Bakı. 5 noyabr. REPORT.AZ/ Bu dəqiqələrdə Bakının Binəqədi rayonunda yerləşən hündürmərtəbəli binada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, hadisə Musabəyov küçəsi ev 4, mənzil 14-də qeydə alınıb. Yanğının binanın elektrik naqillərində baş verən qısaqapanmadan yarandığı bildirilir.

Hazırda yanğının söndürülməsi istiqamətində hadisə yerinə cəlb edilən yanğınsöndürənlər tərəfindən işlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi