Binəqədidə 5 yaşayış evi yanıb

Binəqədidə 5 yaşayış evi yanıb Hadisə yerinə FHN-in aidiyyəti qurumlarının qüvvələri cəlb olunub, yanğın söndürülüb
Hadisə
11 Fevral , 2016 11:15
Binəqədidə 5 yaşayış evi yanıb

Bakı. 11 fevral. REPORT.AZ/ Binəqədi rayonunda 5 fərdi yaşayış evi yanıb. "Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 5 fərdi yaşayış evində yanğın baş verib. Hadisə yerinə FHN-in aidiyyəti qurumlarının qüvvələri cəlb olunub. Yanğın söndürülüb. 

Son xəbərlər

Orphus sistemi