Binəqədidəki yaşayış binasında baş vermiş yanğının ildönümü ilə bağlı anım tədbiri keçirilib

Binəqədidəki yaşayış binasında baş vermiş yanğının ildönümü ilə bağlı anım tədbiri keçirilib Sakin: "Biz möcüzə nəticəsində sağ qaldıq"
Hadisə
19 May , 2016 14:49
Binəqədidəki yaşayış binasında baş vermiş yanğının ildönümü ilə bağlı anım tədbiri keçirilib

Bakı. 19 may. REPORT.AZ/ Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanındakı 16 mərtəbəli yaşayış binasında baş verən yanğının ildönümü ilə bağlı bina qarşısında anım tədbiri keçirilir.

"Report" xəbər verir ki, insanlar binanın qarşısına qərənfillər düzüblər. Bu gün həm də yanğın zamanı binada dünyasını dəyişən 15 nəfərin il mərasimi keçirilir.

Yanğın zamanı 4 saat binada qalan sakin Aynur Cəfərova "Report"a bildirib ki, hadisə bu gün kimi yadındadır: "Evin yandığını mənə qonşular dedi. Heç dəqiqə keçmədi ki, yanğın binanı cənginə aldı. Uşağı götürüb çıxmaq istədim, amma bloka çıxmaq mümkün deyildi, hər yerə tüstü dolmuşdu. Ona görə də qapıları bağlayıb, evdə yardım gözlədim, 4 saata yaxın evdə qaldım. Bu günə kimi canımızda qorxu var, çünki sağ qalacağımıza inanmırdım. Biz möcüzə nəticəsində sağ qaldıq".

Hadisə zamanı evdə olan binanın balaca sakinlərindən 3 yaşlı Zeynəb Cəfərova hadisədən çox qorxduğunu deyib: "Anam qışqırır, mən isə ağlayırdım. Çox qorxmuşdum. Amma anam yanımda idi". 

Son xəbərlər

Orphus sistemi