Binəqədi rayonunda yanğın hadisəsi baş verib

Binəqədi rayonunda yanğın hadisəsi baş verib İkimərtəbəli obyektlərin dam örtüyü yanıb
Hadisə
3 İyul , 2016 21:27
Binəqədi rayonunda yanğın hadisəsi baş verib

Bakı. 3 iyul. REPORT.AZ/ Paytaxtda yanğın hadisəsi baş verib. "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda qeydə alınıb. 

Belə ki, rayonda vətəndaşa məxsus ümumi sahəsi 210 kv.m olan bir dam altında yerləşən ikimərtəbəli müxtəlif təyinatlı obyektlərin ondulindən ibarət dam örtüyünün yanar konstruksiyaları yanıb. Obyektin qalan hissəsi, ona bitişik tikililər və yaxınlıqdakı yaşayış binası yanğından mühafizə olunub.

Yanğın saat 18:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Son xəbərlər

Orphus sistemi