​Binəqədi rayonunda istehsalat sexində yanğın olub

​Binəqədi rayonunda istehsalat sexində yanğın olub Sexə maddi ziyan dəyib
Hadisə
4 Mart , 2015 00:10
​Binəqədi rayonunda istehsalat sexində yanğın olub

Bakı. 4 mart. REPORT.AZ/ Bakı şəhərinin Binəqədi rayonunda yanğın hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə nəticəsində vətəndaşa məxsus istehsal sexinin anbarının yanar konstruksiyaları və içərisində avadanlıqlar 250 kv.m sahədə yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 23:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi