​Binəqədi rayonunda ikimərtəbəli evdə yanğın olub

​Binəqədi rayonunda ikimərtəbəli evdə yanğın olub Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub
Hadisə
8 Fevral , 2015 16:59
​Binəqədi rayonunda ikimərtəbəli evdə yanğın olub

Bakı. 8 fevral. REPORT.AZ/ Bu gün günorta radələrində Bakının Binəqədi rayonu ərazisində vətəndaşa məxsus ikimərtəbəli 6 otaqlı evin birinci mərtəbəsinin hamamında yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi