​Binəqədidə iki kişi meyiti tapılıb

​Binəqədidə iki kişi meyiti tapılıb İstintaq aparılır
Hadisə
22 İyun , 2016 13:40
​Binəqədidə iki kişi meyiti tapılıb

Bakı. 22 iyun. REPORT.AZ/ Bakının Binəqədi rayonunda iki meyit tapılıb.

“Report”un xəbərinə görə, rayonun Ə.Naxçıvani küçəsi, ev 24 ünvanında yaşayan 1958-ci il təvəllüdlü Azad Vəliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkar olunub.

Oxşar hadisə Binəqədi rayonunun 28 May qəsəbəsində də qeydə alınıb. Həmin qəsəbədə Bakı şəhər sakini 1951-ci il təvəllüdlü Ədalət Heybətovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkarlanıb.

Hər iki faktla bağlı rayon prokurorluğunda istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi