​Binəqədi rayonunda döyüş sursatları aşkarlanıb

​Binəqədi rayonunda döyüş sursatları aşkarlanıb Sursatlar aidiyyəti üzrə təhvil verilib
Hadisə
18 Dekabr , 2014 09:14
​Binəqədi rayonunda döyüş sursatları aşkarlanıb

Bakı. 18 dekabr. REPORT.AZ/ Bakının Binəqədi rayonunda döyüş sursatları aşkarlanıb. “Report”un xəbərinə görə, məlumatı Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı yayıb.

Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aşkarlanmış sursatlara baxış keçirilib. Məlum olub ki, bunlar istifadəyə yararlı 2 ədəd RQD-5 markalı əl qumbarası, 1 ədəd UZRQM, 1 ədəd Beretta tapançası, 2 ədəd 26 millimetrlik işıqlandırma patronu, 11 ədəd 5,45 millimetrlik təlim patronu, 1 ədəd 9 millimetrlik patrondur. Sursatlar aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər. 

Son xəbərlər

Orphus sistemi