Bakı. 15 fevral. REPORT.AZ/ Səhər saatlarında Bakının Binəqədi rayonu ərazisində mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Xilasedicilər mənzilin giriş qapısını açaraq vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.