​Binəqədi rayonunda köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib

​Binəqədi rayonunda köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib Hadisə yerlərinə xilasedicilər cəlb edilib
Hadisə
14 Yanvar , 2015 05:36
​Binəqədi rayonunda köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib
Bakı. 14 yanvar. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakının Binəqədi rayonunda bir nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report" FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açaraq azyaşlını xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Digər hadisə də, Binəqədi rayonu ərazisində qeydə alınıb. Nazirliyə daxil olmuş məlumata əsasən, 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açaraq vətəndaşın liftdən çıxmasına şərait yaradıblar.

Son xəbərlər

Orphus sistemi