Biləsuvar. 25 iyul. REPORT.AZ/ Biləsuvarda yol qəsazı baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində Bakı şəhər sakinləri - 55 yaşlı Raisa Həsənağa qızı Ağayeva, 20 yaşlı Arzu Məmməd qızı Əlayə, 53 yaşlı Natəvan Əziz qızı Bayramova, Masallı rayon sakinləri - 26 yaşlı Nigar Məmməd qızı Məmmədova və 7 yaşlı Nəzrin Anar qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda xəstəxanada onlara ilkin tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.