Biləsuvarda yanğın baş verib

Biləsuvarda yanğın baş verib Binanın qalan hissəsi yanğından mühafizə olunub
Hadisə
15 May , 2016 12:43
Biləsuvarda yanğın baş verib

Bakı. 15 May. REPORT.AZ/ Biləsuvar şəhərində yanğın baş verib. 

"Report" Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 780 kv.m olan, hazırda fəaliyyət göstərməyən ikimərtəbəli inzibati binanın 1-ci mərtəbəsində 1 otağın döşəməsi 12 kv.m sahədə, digər otaqda 1 ədəd şkaf, 2-ci mərtəbəsində 2 otağın hər birində 2 ədəd şkaf və 1 otağında 1 kv.m sahədə kağız tullantıları yanıb. 

Binanın qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın saat 09:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi