Biləsuvarda “Toyota”nın vurduğu 11 yaşlı yeniyetmə ölüb

Biləsuvarda “Toyota”nın vurduğu 11 yaşlı yeniyetmə ölüb Beş gün xəstəxanada müalicə olunan Sənan Muradovun həyatını xilas etmək mümkün olmayıb
Hadisə
9 Noyabr , 2015 16:15
Biləsuvarda “Toyota”nın vurduğu 11 yaşlı yeniyetmə ölüb

Bakı. 9 noyabr. REPORT.AZ/ Biləsuvar rayonunda “Toyota” markalı avtomobilin vurduğu 11 yaşlı yeniyetmə ölüb. Bu barədə “Report” Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir. 

Məlumata əsasən, noyabrın 3-də saat 15 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndində Bakı şəhər sakini Zakir Musayev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən kənd sakini 11 yaşlı Sənan Muradovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən uşaq noyabrın 8-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi