Biləsuvarda “Niva” ilə "KaMAZ" toqquşub, xəsarət alan var

Biləsuvarda “Niva” ilə "KaMAZ" toqquşub, xəsarət alan var Hadisə zamanı "Niva"nın sürücüsü xəsarət alıb
Hadisə
13 Avqust , 2016 04:23
Biləsuvarda “Niva” ilə KaMAZ toqquşub, xəsarət alan var

Bakı. 13 avqust. REPORT.AZ/ Ələt-Astara magistral avtomobil yolunun 118–ci km-də, Biləsuvar rayonu ərazisində yol qəzası baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə “Niva” markalı minik avtomobili ilə "KaMAZ" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Qəza nəticəsində "NİVA" markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi