Biləsuvarda narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb

Biləsuvarda narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb Sumqayıt şəhər sakini 2,5 kq olan tiryəklə saxlanılıb
Hadisə
27 Avqust , 2015 20:38
Biləsuvarda narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb

Bakı. 27 avqust. REPORT.AZ/ Biləsuvar Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

"Report"un xəbərinə görə, Sumqayıt şəhər sakini, 29 yaşlı Vahidov Saməddin Zöhrab oğlu və həmyerlisi Əliyev Bəhlul Balaş oğlu adı hələlik istintaqa məlum olmayan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək, Biləsuvar rayonunun Xırmandalı kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə yaxın ərazidə narkotik vasitəni əldə edib qayıdarkən yaxalanıblar.

Bu zaman maşında növbə çəkən Əliyev Bəhlul hadisə yerindən qaça bilib. S.Vahidovun əlindəki sellofan torbada çəkisi 2,5 kq olan tiryək aşkarlanaraq götürülüb. Onun çantasına baxış zamanı xarici ölkəyə getmək üçün qatar bileti tapılıb. Saxlanılan şəxs polisə verdiyi ifadəsində narkotik maddəni əldə etdikdən sonra Rusiya Fedarasiyasına qaçmağı planlaşdırdığını bildirib. Digər şəxsin axtarışları isə davam etdirilir.

Son xəbərlər

Orphus sistemi