Biləsuvarda baş verən qəzada 4 nəfər ölüb, 1 nəfər yaralanıb - YENİLƏNİB

Biləsuvarda baş verən qəzada 4 nəfər ölüb, 1 nəfər yaralanıb - YENİLƏNİB Hadisə Cürəli kəndi ərazisində qeydə alınıb
Hadisə
6 Dekabr , 2015 14:03
Biləsuvarda baş verən qəzada 4 nəfər ölüb, 1 nəfər yaralanıb - YENİLƏNİB

Bakı. 6 dekabr. REPORT. AZ / Biləsuvarda 4 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə bu gün günorta saatlarında Ələt-Astara magistral yolunun 115-ci kilometrliyində Biləsuvar rayonunun Cürəli kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Azpetrol şirkətinə məxsus yanacaq daşıyan qoşqulu yük maşını ilə Biləsuvarın Təzəkənd kənd sakini Mənsur Firudin oğlu Bayramovun idarə etdiyi "Vaz-21015" markalı avtomobillə toqquşub. Nəticədə "Vaz-21015" markali avtomobil ciddi zədələnərək dəmir yığınına çevrilib, yük maşını isə yolun kənarına aşıb.

Hadisə zamanı "Vaz-21015" markalı avtomobildə olan bir rayonun Təzəkənd kənd sakinləri olan eyni ailənin 4 üzvü - 29 yaşlı Tərlan Bayramov, onun həyat yoldaşı, 29 yaşlı Günay Bayramova, uşaqları: 5 yaşlı Nərmin və 4 yaşlı Səkinə Bayramovalar hadisə yerində keçiniblər. Sürücü isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi