Biləsuvarda 3 otaqlı ev yanıb: ev sahibi xəsarət alıb

Biləsuvarda 3 otaqlı ev yanıb: ev sahibi xəsarət alıb Hadisə Təzəkənd kəndində baş verib
Hadisə
9 Sentyabr , 2015 03:04
Biləsuvarda 3 otaqlı ev yanıb: ev sahibi xəsarət alıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Biləsuvar rayonundan yanğın hadisəsi baş verib. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə rayon mərkəzindən 18 km aralıda yerləşən Təzəkənd kəndində baş verib.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 104 kv.m olan 1 mərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın zamanı ev sahibi əl nahiyəsindən yanıq xəsarətləri almışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 22:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi