​Biləsuvarda 24 yaşlı qız intihara cəhd göstərib

​Biləsuvarda 24 yaşlı qız intihara cəhd göstərib O, sirkə turşusu içərək özünü öldürmək istəyib
Hadisə
28 Oktyabr , 2015 20:12
​Biləsuvarda 24 yaşlı qız intihara cəhd göstərib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Biləsuvar rayonunda intihara cəhd hadisəsi baş verib. Hadisə Biləsuvar şəhəri Mübariz İbrahimov küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1991-ci il təvəllüdlü Ramilə Hüsü qızı Rüstəmova sirkə turşusu içərək özünü öldürməyə cəhd göstərib. Yaxınları hadisədən xəbər tutan kimi Ramilə Rüstəmovanı dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Xəstəxanada ona ilkin tibbi yardım göstərildikdən sonra o, cərrahiyyə şöbəsinə yerləşdirilib.

Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi