Bakı Beynəlxalq Avtovağzalında bıçaqlanma hadisəsi baş verib

Bakı Beynəlxalq Avtovağzalında bıçaqlanma hadisəsi baş verib Araşdırmalar davam etdirilir
Hadisə
23 İyul , 2016 10:32
Bakı Beynəlxalq Avtovağzalında bıçaqlanma hadisəsi baş verib

Bakı. 23 iyul. REPORT.AZ/ Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un xəbərinə görə, Bakı Beynəlxalq Avtovağzalında naməlum şəxs Abşeron rayon sakini 1977-ci il təvəllüdlü Vüqar Əsədova bud nahiyəsindən iki bıçaq xəsarəti yetirib.

V.Əsədov Dəmiryol Xəstəxanasına yerləşdirilib.

V.Əsədovu vuranın şəxsiyyətinin müəyyənləşdirilməsi və tutulması istiqamətində tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi