​Beynəlxalq Bank işinə görə tutulmuş türkiyəli iş adamının apellyasiya şikayətinə baxılıb

​Beynəlxalq Bank işinə görə tutulmuş türkiyəli iş adamının apellyasiya şikayətinə baxılıb Apellyasiya şikayəti təmin edilməyib
Hadisə
4 Mart , 2016 13:28
​Beynəlxalq Bank işinə görə tutulmuş türkiyəli iş adamının apellyasiya şikayətinə baxılıb

Bakı. 4 mart. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan "Azərbaycan Consaltinq Qrup" MMC-nin rəhbəri Erhan Cavad Yavuz barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı qərardan verimiş apellyasiya şikayətinə baxılıb.

"Report"un əldə etdiyi məlumata görə, apellyasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, fevralın 24-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə "Azərbaycan Consaltinq Qrup" MMC-nin rəhbəri Erhan Cavad Yavuz barəsində həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.

Qeyd edək ki, Erhan Cavad Yavuz 2015-ci ilin may ayında saxlanılıb. O, "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda ittiham olunur. İş adamı barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə bir neçə dəfə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Son xəbərlər

Orphus sistemi