​Beynəlxalq Bank işinə görə tutulmuş türkiyəli iş adamı apellyasiya şikayəti verib

​Beynəlxalq Bank işinə görə tutulmuş türkiyəli iş adamı apellyasiya şikayəti verib Apellyasiya şikayəti bu gün Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib
Hadisə
26 Fevral , 2016 15:32
​Beynəlxalq Bank işinə görə tutulmuş türkiyəli iş adamı apellyasiya şikayəti verib

Bakı. 26 fevral. REPORT.AZ/ "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan "Azərbaycan Consaltinq Qrup" MMC-nin rəhbəri Erhan Cavad Yavuz barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı qərardan apellyasiya şikayəti verib.

Onun vəkili Sadiq Rəsulov “Report”a bildirib ki, apellyasiya şikayəti bu gün Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib.

Xatırladaq ki, fevralın 24-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə "Azərbaycan Consaltinq Qrup" MMC-nin rəhbəri Erhan Cavad Yavuz barəsində həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.

Qeyd edək ki, Erhan Cavad Yavuz 2015-ci ilin may ayında saxlanılıb. O, "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda ittiham olunur. İş adamı barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə bir neçə dəfə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Son xəbərlər

Orphus sistemi