​Beynəlxalq Bank işinə görə tutulmuş daha iki nəfərin həbs müddəti uzadılıb

​Beynəlxalq Bank işinə görə tutulmuş daha iki nəfərin həbs müddəti uzadılıb Onlardan biri Beynəlxalq Bankın Mərkəzi filialının sabiq direktorudur
Hadisə
26 Fevral , 2016 17:57
​Beynəlxalq Bank işinə görə tutulmuş daha iki nəfərin həbs müddəti uzadılıb

Bakı. 26 fevral. REPORT.AZ/ Bu gün Nərimanov Rayon Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Mərkəzi filialının sabiq direktoru İlqar Abdullayev və həmin bankdan kredit götürərək qaytarmamaqda günahlandırılan “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun direktoru İsmayıl Hidayətzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

“Report”un əldə etdiyi məlumata görə, həmin şəxslər barələrində həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2015-ci ildə saxlanılıb. Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə bir neçə dəfə barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Xatırladaq ki, bundan əvvəl “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan “City Developer” MMC-nin direktoru Ratmir Bəkirov, “Azərbaycan Consaltinq Qrup” MMC-nin rəhbəri Erhan Cavad Yavuz və “Şəki İpək Aqro” MMC-nin icraçı direktoru Cavid Muxtarov və digər şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Dubay filialının həbsdə olan müdiri Adil Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti isə dörd ay uzadılıb.

Son xəbərlər

Orphus sistemi