Beynəlxalq Bank işinə görə hakim qarşısına çıxarılmalı olan tanınmış iş adamı xəstəxanaya yerləşdirilib - FOTO

Beynəlxalq Bank işinə görə hakim qarşısına çıxarılmalı olan tanınmış iş adamı xəstəxanaya yerləşdirilib - FOTO Klub prezidentinin atası əməliyyat olunacaq
Hadisə
19 Noyabr , 2015 16:37
Beynəlxalq Bank işinə görə hakim qarşısına çıxarılmalı olan tanınmış iş adamı xəstəxanaya yerləşdirilib - FOTO

Bakı. 19 noyabr. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan “City Developer” MMC-nin direktoru Ratmir Bəkirov xəstəxanaya yerləşdirilib.

“Report”un əldə etdiyi məlumata görə, o, Penitensiar Xidmətin Müalicə Müəssisəsinə aparılıb.

R.Bəkirov əməliyyat ediləcək.

O, əməliyyat edildikdən və səhhəti normallaşandan sonra məhkəməyə aparılacaq.

Qeyd edək ki, R.Bəkirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin artırılması üçün Nərimanov Rayon Məhkəməsinə aparılmalı idi.

R.Bəkirov fəaliyyətini dayandırmış “Simurq” klubunun prezidenti Anar Bəkirovun atasıdır.

Onun “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə təxminən 50 milyon dollar borcunun olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi