Bakı Beynəlxalq Avtovağzal Kompleksində oğurluq olub

Bakı Beynəlxalq Avtovağzal Kompleksində oğurluq olub Qadının mobil telefonunu oğurlayan şəxs tutulub
Hadisə
3 Avqust , 2015 13:39
Bakı Beynəlxalq Avtovağzal Kompleksində oğurluq olub

Bakı. 3 avqust. REPORT.AZ/ Bakı Beynəlxalq Avtovağzal Kompleksində oğurluq hadisəsi baş verib. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Binəqədi rayonundakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində Bakı şəhər sakini Arzu Abbasova məxsus mobil telefon oğurlanıb.

Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən Goranboy rayon sakini Elşad Əsgərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi