​Beyləqanda telefon dirəyindən keçən hava rabitə kabeli yanıb

​Beyləqanda telefon dirəyindən keçən hava rabitə kabeli yanıb Hadisə axşam saatlarında baş verib
Hadisə
13 May , 2016 22:08
​Beyləqanda telefon dirəyindən keçən hava rabitə kabeli yanıb

Bakı. 13 may. REPORT.AZ/ Beyləqan şəhərində traktorun qoşqusuna yığılmış vətəndaşa məxsus 3 ton ot bağlamasının 1 tonu və telefon dirəyindən keçən hava rabitə kabeli 20 p.m yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yüksək temperaturdan yaxınlıqda yerləşən yaşayış evinin qarşısında quraşdırılmış qaz sayğacı əriyib.

Ot bağlamasının və kabelin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi