​Beyləqanda baş verən yol qəzasında 2 nəfər yaralanıb

​Beyləqanda baş verən yol qəzasında 2 nəfər yaralanıb "Jiquli" "Kamaz"a çırpılıb
Hadisə
4 Aprel , 2016 22:12
​Beyləqanda baş verən yol qəzasında 2 nəfər yaralanıb

Bakı. 4 aprel. REPORT.AZ/ Beyləqanda 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun İmamverdilər kəndində qeydə alınıb.

Ağcabədinin Boyat kənd sakini, 64 yaşlı Məhəmməd Əvəz oğlu Aslanov idarə etdiyi “VAZ-2104” markalı avtomobil ilə hərəkətdə olarkən qarşıdan gedən “Kamaz” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Nəticədə avtomobilin sürücüsü və salonda olan həmkəndlisi, 52 yaşlı İlyas Bəylər oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal İmişli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi