Beyləqanda avtomobil ağaca çırpılıb: 3 yaralı

Beyləqanda avtomobil ağaca çırpılıb: 3 yaralı Sürücü və iki sərnişinin vəziyyəti ağırdır
Hadisə
17 Yanvar , 2016 00:55
Beyləqanda avtomobil ağaca çırpılıb: 3 yaralı

Bakı. 17 yanvar. REPORT.AZ/ Beyləqan rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, "Mercedes" markalı avtomobil rayonun Milabad kəndi ərazisində idarəetməni itirərək ağaca çırpılıb.

Nəticədə avtomobilin sürücüsü Əkbər Hüseyinov ve avtomobildə olan iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər üç yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyətləri ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi