​Beyləqanda 8 nəfəri gün vurub

​Beyləqanda 8 nəfəri gün vurub Həkimə müraciət edənlər ilkin tibbi yardımdan sonra evə buraxılıb
Hadisə
12 İyul , 2015 13:01
​Beyləqanda 8 nəfəri gün vurub

Bakı. 12 İyul. REPORT.AZ/ Beyləqan rayonunda 8 nəfəri gün vurub.

Bu barədə "Report"a Beyləqan rayon Təcili və Təxirəsalınmaz Yardım Stansiyasından məlumat verilib.

Stansiyaya müraciət edən şəxslər ilkin tibbi yardımdan sonra evə buraxılıb. Günvurma ilə bağlı müraciət edənlərin, əsasən yaşlı insanlar olduğu bildirilib.

Məlumata görə, günvurma hallarının əksəriyyəti əkin və biçin sahələrində qeydə alınıb. Belə hallar son bir həftədə daha da çoxalıb.

Son xəbərlər

Orphus sistemi