​Beyləqanda 230 kq narkotik bitki aşkarlanıb

​Beyləqanda 230 kq narkotik bitki aşkarlanıb Çətənə kolları yandırma yolu ilə məhv edilib
Hadisə
20 İyul , 2015 09:23
​Beyləqanda 230 kq narkotik bitki aşkarlanıb

Bakı. 20 iyul. REPORT.AZ/ Beyləqan rayonu ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunub. Rayon polis şöbəsindən "Report"a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şərq qəsəbəsində yabanı halda bitmiş çətənə kolu aşkarlanıb. Əməliyyat tədbirləri nəticəsində ümümi çəkisi 230 kiloqram olan 132 ədəd çətənə kolu yığılıb. Çətənə kolları bir yerə yığılaraq yandırma yolu ilə məhv edilib.

Son xəbərlər

Orphus sistemi