Beyləqanda 14 yaşlı yeniyetməni ilan sancıb

Beyləqanda 14 yaşlı yeniyetməni ilan sancıb Eyvazlılar kəndinin sakini su ilanı sancıb
Hadisə
2 İyul , 2015 23:04
Beyləqanda 14 yaşlı yeniyetməni ilan sancıb

Bakı. 2 iyul. REPORT.AZ/ Beyləqan sakinini ilan sancıb.

Yerli sakinlərin "Report"a verdiyi məlumata görə, rayonun Eyvazlılar kəndinin sakini, 14 yaşlı Kərim İmanovu su ilanı sancıb.

Yeniyetmə kənd ərazisindən keçən su kanalında çimərkən ilanın onu sancdığı bildirilir.

Kənd sakinləri K.İmanovu dərhal xəstəxanaya çatdırıblar. Xəstəyə ilkin tibbi yardım göstərilib.

Hazırda yeniyetmənin vəziyyətinin normal olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi