​Beyləqanda 1 nəfər azyaşlının əli ətçəkən maşında qalıb

​Beyləqanda 1 nəfər azyaşlının əli ətçəkən maşında qalıb Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar
Hadisə
6 Dekabr , 2014 07:00
​Beyləqanda 1 nəfər azyaşlının əli ətçəkən maşında qalıb
Bakı. 6 dekabr. REPORT.AZ/ Beyləqan rayonunda bədbəxt hadisə baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Beyləqanda 1 nəfər azyaşlının əli ətçəkən maşının içərisində sıxılmış vəziyyətdə qalıb və Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər ətçəkən maşını kəsərək uşağın əlini detalın içərisindən çıxarıblar.

Son xəbərlər

Orphus sistemi