Beyləqan sakininin 44 000 manata yaxın pulu soyğunçuluqla əlindən alınıb

Beyləqan sakininin 44 000 manata yaxın pulu soyğunçuluqla əlindən alınıb Hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Yusif Dayandurlu tutulub
Hadisə
1 İyul , 2016 13:27
Beyləqan sakininin 44 000 manata yaxın pulu soyğunçuluqla əlindən alınıb

Bakı. 1 iyul. REPORT.AZ/ Beyləqan rayon sakininin 44 000 manata yaxın pulunu alan şəxs tutulub. 

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Xəbərə görə, Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 29-da rayon sakini Mehman Əliyevə məxsus, içərisində 43270 manat pul olan sellofan torbanı soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən rayon sakini Yusif Dayandurlu tutulub. 

Son xəbərlər

Orphus sistemi