​Bərdənin Kətəlparaq kəndi ilan sürülərinin hücumuna məruz qalıb

​Bərdənin Kətəlparaq kəndi ilan sürülərinin hücumuna məruz qalıb Sakinlər vəziyyətdən çıxış yolu axtararaq adiyyəti qurumlardan kömək istəyir
Hadisə
15 Aprel , 2015 13:38
​Bərdənin Kətəlparaq kəndi ilan sürülərinin hücumuna məruz qalıb

Bakı. 15 aprel. REPORT.AZ/  Bərdə rayonunun Kətəlparaq kəndində Ağdam və Kəlbəcərdən olan 11 məcburi köçkün ailəsinin məskunlaşdığı məktəb ərazisi ilanların hücumuna məruz qalıb. Ərazidə məskunlaşan sakinlər "Report"a bildiriblər ki, real təhlükə ilə üzləşiblər. Məcburi köçkün Aidə Hacıyevanın sözlərinə görə, ilanlara görə uşaqları evdən həyətə buraxa bilmirlər: "İlanlar uşaqların ətrafında dolanırlar. Qonşuların köməyi ilə ilanlardan bir neçəsini öldürmüşük". 

Məcburi köçkün Aynurə Yahıyayevanın bildirdiyinə görə, ilanların evlərə girməsinə səbəb onların 20 ildən çoxdu ki, yaşadıqların evlərin torpaqdan olmasıdır.Torpaqdan tikilən evlərin hasarlarında ilanlar özlərinə məskan salıb. Sakinlər ilanların belə tez çıxmasının səbəbini yaxınlıqda yerləşən köhnə məktəb tikilinin sökülməsində görürlər. Sakinlər ilanları özləri məhv etsələr də kəndlərdə sürünənlərin sayı günü gündən artır. Məcburi köckünlərin sözlərinə görə, ərazidə bu qədər sürünənlərin çoxalması ilə ilk dəfədir qarşılaşırlar. 

Son xəbərlər

Orphus sistemi