​Bərdədə yaşayış evi qarət olunub

​Bərdədə yaşayış evi qarət olunub Mənzildən pul və qızıl-zinət əşyaları oğurlanıb
Hadisə
17 İyul , 2015 20:37
​Bərdədə yaşayış evi qarət olunub

Bakı. 17 İyul. REPORT.AZ/ Bərdə rayonunda oğurluq hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə gecə saatlarında rayonun Türkmən kəndində Habil Məmmədova məxsus fərdi yaşayış evində qeydə alınıb.

Naməlum şəxslər evə gizli yolla daxil olaraq pul və qızıl-zinət əşyaları aparıblar. Hadisə vaxtı evdə heç kim olmayıb.

Hazırda polis oğruların tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirir.

Qeyd edək ki, bir müddət əvvəl Habil Məmmədovun qardaşı Çingiz Məmmədovun da evinə naməlum şəxslər daxil olaraq oğurluq etmək istəyiblər, lakin onların bu cəhdi boşa çıxıb.

Son xəbərlər

Orphus sistemi