Azərbaycanda toyda kütləvi dava düşüb, yaralananlar var

Azərbaycanda toyda kütləvi dava düşüb, yaralananlar var Onlardan biri dəmir parçaları ilə başından və bədənindən çoxsaylı xəsarətlər alıb
Hadisə
22 İyul , 2015 10:37
Azərbaycanda toyda kütləvi dava düşüb, yaralananlar var

Bakı. 22 iyul. REPORT.AZ/ Bərdə rayonunda toyda kütləvi dava düşüb. "Report"un məlumatına görə hadisə rayonun Böyükgöyüslü kəndində qohumlar arasında baş verib.

Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılardan Camalov Camal Akif oğlunun vəziyyəti ağır olduğundan, Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, 28 yaşlı yaralı dəmir parçaları ilə başından və bədənindən çoxsaylı xəsarətlər alıb. 

Hadisə zamanı xəsarət alan digər 3 yaralıya isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi