Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantı kanalda batıb - YENİLƏNİB

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantı kanalda batıb - YENİLƏNİB Hazırda xilasedicilər yeniyetmənin axtarışlarını davam etdirir
Hadisə
1 Sentyabr , 2015 14:12
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantı kanalda batıb - YENİLƏNİB

Bakı. 1 sentyabr. REPORT.AZ/ Bərdədə su kanalında batan şəxsin kimliyi məlum olub. “Report”un xəbərinə görə, batan şəxs Cəfərov Vüsal Qara oğludur. 16 yaşlı yeniyetmə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantıdır.

Hadisə V.Cəfərov su kanalının yaxınlığında qoyun otaran zaman baş verib. Belə ki, kanalın üstündəki dəmir borunun üstü ilə kanalın digər tərəfinə keçən yeniyetmənin ayağı sürüşüb və o, kanala düşüb.

Hazırda xilasedicilər yeniyetmənin axtarışlarını davam etdirir.

*** 10:34

Bakı. 1 sentyabr. REPORT.AZ/ Bərdədə 1 nəfər batıb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində 1 nəfər batıb. Hadisə yerinə Nazirliyin xilasediciləri cəlb edilib və axtarışlara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi