Bərdədə intihara cəhdin qarşısı alınıb - FOTO - YENİLƏNİB

Bərdədə intihara cəhdin qarşısı alınıb - FOTO - YENİLƏNİB 38 yaşlı gənc üzünü binadan aşağı atmaq istəyib
Hadisə
16 Avqust , 2015 18:34
Bərdədə intihara cəhdin qarşısı alınıb - FOTO - YENİLƏNİB

Bakı. 16 Avqust. REPORT.AZ/ Bərdədə intihara cəhdin qarşısı alınıb.

"Report" xəbər verir ki, rayonun Gərənə kəndi yaxınlığında məcburi köçkünlər üçün yeni inşa edilən 7 mərtəbəli binaya çıxaraq intihar etmək istəyən ağdamlı məcburi köçkün 38 yaşlı Cəfərov Xaliq Sulduz oğlu Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və psixoloqların 2 saata yaxın apardığı danışıqlardan sonra fikrindən daşınıb.

*** 17:39

Bakı. 16 Avqust. REPORT.AZ/ Bərdədə orta yaşlı kişi Gərənə kəndinin yaxınlığında məcburi köçkünlər üçün yeni inşa edilən 7 mərtəbəli binaya çıxaraq intihar edəcəyini deyir.

"Report" xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları, psixoloqlar, həmçinin polis gəlib.

FHN əməkdaşları sözügedən şəxsi intihardan çəkindirməyə çalışır. Əraziyə xüsusi texnika və kran cəlb edilib. İntihara cəhd edən şəxsin Ağdam rayon sakini 38 yaşlı Cəfərov Xaliq Sulduz oğlu olduğu müəyyənləşib.

İlkin ehtimala görə, Xaliq Cəfərov məcburi köçkünlər ücün salınan binalarda ona ev verilmədiyindən özünü öldürmək istəyir. Lakin intihara cəhdin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı Bərdə Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi