Bakı. 16 yanvar. REPORT.AZ/ Bərdə rayonunda piyadanın vurulması ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə şəhərin Bakı küçəsində baş verib.
"Qazel" markalı yük avtomobili yolu keçmək istəyən qadını vurub. Yaralı dərhal xəstəxanaya çatdırılsada onun həyatını xilas etmək mümkün olmayıb. 40-45 yaşlarında qadının şəxsiyyəti hələlik məlum deyil.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.